"Kəpəz" “Zirə” ilə oyuna itkilərlə çıxacaq

"Kəpəz" “Zirə” ilə oyuna itkilərlə çıxacaq

"Kəpəz" Topaz Premyer Liqasının 8-ci turunda “Zirə” ilə səfər oyununa itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, 3 futbolçu “sarı-göylər”ə kömək edə bilməyəcək.

Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədələndiyi üçüb sözügedən matçı buraxacaqlar. Onlar məşq zamanı zədələniblər.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" görüşü bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə