"İnter" beynəlxalq turnirdə 14-cü oldu

"İnter" beynəlxalq turnirdə 14-cü oldu

"İnter"PİK-in 13 yaşlılardan ibarət komandası Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən "Danone Beynəlxalq Kuboku" futbol turnirində iştiraknı başa çatdırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, beynəlxalq turnirdə Azərbaycanı Vəli Hüseynovun yetirmələri təmsil ediblər. Turnirə 40 ölkə qatılıb. Yarışda komandamız Banqladeş və Rusiya komandalarını 1:0 hesabı ilə məğlub etməyə müyəssər olub. Lakin futbolçularımız kolumbiyalı həmyaşıdlarına penaltilər seriyasında 0:2 hesabı ilə qalib gəlsədə, son oyunda "İnter" İspaniya komandasına penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olaraq, qrupda 3-cü, 40 ölkə arasındasa 14-cü yeri tutub.
Xatırladaq ki, "Danone Beynəlxalq Kuboku" uşaqlar arasında keçirilən ən böyük turnir hesab olunur.

G qrupu   

G1 İspaniya 8 3 3 0
G2 Rusiya 5 1 3 2
G3 Azərbaycan 7 0 2 2
G4 Banqladeş 1 -4 1 5
G5 Columbiya 4 0 0 0

Bütün xəbərlər Facebook səhifəmizdə