Şarl Lekler: “F-1-də yarışma şansı qazanmaq üçün hazırlanıram” - AÇIQLAMA
Şarl Lekler Formula-1 məşqlərinə qatılıb. SİA-nın məlumatına görə, “Ferrari”nin gənc sürücü akademiyasında yer alan Ş.Lekler keçən il GP3, bu ilə isə F-2 üzrə dünya çempionu olub .
Gələn il “Ferrari”nin dəstəyi ilə “Sauber”də yarışacaq monakolu sürücü bu komanda ilə cümə günləri məşqlərə başlayıb.
Pilot F-1-də məşqlərə özünü sübut etmək üçün deyil, təcrübə qazanmaq üçün qatıldığını bildirib: “F-1 maşınında yarışmaq əla hissdir. Mümkün qədər daha çox təcrübə qazanmağa çalışacağam. Bu maşınları sürmək mənim üçün üstünlük olacaq. Onları öyrənmək çox önəmlidir. Seansdan ən yaxşı şəkildə faydalanmağa, komandanın bütün istəklərini yerinə yetirib, mümkün olduqca daha çox dövrə vurmağa çalışacağam. Mən F-2-də hər şeyi sübut etmişəm. İndi isə F-1-də yarışma şansı qazanmaq üçün hazırlanıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB