““Xəzər Lənkəran” fan-klubu həddini aşır” - FOTO

““Xəzər Lənkəran” fan-klubu həddini aşır” - FOTO

"Bakı" klubu Unibank Premyer Liqasının 8-ci turu çərçivəsində Lənkəranda "Xəzər Lənkəran" komandası ilə qarşılaşmada rəqibin fan-klubu tərəfindən təhqirlərə yol verildiyini bildirərək, günahkarların cəzalanmasını təbəb edir. SİA-nn məlumatına görə, klub bu barədə rəsmi saytı vasitəsilə "Xəzər Lənkəran" fan-klubu həddini aşır" başlıqlı məlumat dərəc edib. Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:

"Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" qarşılaşması bir qrup yerli azarkeşin etik normalara uyğun gəlməyən, milli mentalitetimizə yad və təhqir xarakterli banner qaldırması ilə müşayət olundu. Təəssüf ki, nə həqiqi futbol azarkeşləri, nə də meydan sahiblərinin rəsmi nümayəndələri bu rüsvayçı hala münasibət bildirmədilər.

Oyunun əvvəlində "Bakı" kıubu tərəfindən səsləndirilən dostluq və qardaşlıq müraciətinə cavabın belə formada verilməsi Lənkəran azarkeşlərinə yaraşmır. Biz inanırıq ki, həqiqi futbol tərəfdarlaırı Lənkəran futbolu adına ləkə gətirən həmin şəxslərin cəzalandırılmasını təmin edəcəklər.

"Bakı" futbol klubu analoji halların yolverilməzliyini yerli klub nümayəndələrinin diqqətinə çatdırır, bunun nəticəsində baş verə biləcək bütün arzuolunmaz olayların məsuliyyətinin, məhz, "Xəzər Lənkəran" klubunun üzərinə düşəcəyini bildirir.

Bu mövzunu Elçin Məmmədov adlı izləyicimizin klubumuzun elektron ünvanına göndərdiyi məktubla nöqtələyirik:

""Bakı" klubunun əziz və hörmətli üzvləri, Lənkərandakı oyun zamanı bir neçə tərbiyəsiz adam tərəfindən qaldırılan şüarı gördüm. Bu mənə çox pis təsir elədi. Lənkəranlı futbol tərəfdarları adından sizdən üzr istəyirəm. Onu da bildirim ki, bu özlərini gözə soxmaq istəyən muzdlu "azarkeşlər"in özfəaliyyətindən başqa bir şey deyil. 

Ancaq dilxor olmayın və əsəblərinizi korlamayın, bu dırnaqarası fanatların mahiyyətinə dəyməz. Sizə gələcək oyunlarda uğurlar arzulayıram.

Bir də, fakt budur ki, Xəzər Bakının qucağındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə