“Araz” UEFA kuboku yarışlarında növbəti qələbəsini qazanıb

“Araz” UEFA kuboku yarışlarında növbəti qələbəsini qazanıb

Futzal üzrə Azərbaycan çempionu "Araz" UEFA kuboku yarışlarının əsas mərhələsinin sonuncu oyununu keçirib. SİA-nın məlumatına görə, Naxçıvan komandası Rumıniyanın Tırqu-Mureş şəhərində yerli komandaya 3:1 hesabı ilə qalib gəlib.

"Araz"ın tərkibində hər 3 qolu Anderson vurub, meydan sahiblərinin komandasında isə Florin İqnat fərqlənib. Beləliklə, komandamız mərhələnin 3 oyununda 9 xal toplayaraq turnirin növbəti, elit mərhələsindən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə