Kaka “Orlando Siti”dən ayrılacaq

Kaka “Orlando Siti”dən ayrılacaq

ABŞ-ın “Orlando Siti” klubunun futbolçusu Kaka mövsümün sonunda komandasından ayrılacaq. SİA-nın məlumatına görə, bu barədə braziliyalı yarımmüdafiəçi özü açıqlama verib.

“Orlando Siti” ilə müqaviləni yeniləməyəcəyim dəqiqdir. Sonra nə olacaq, bunu bilmirəm. Komandadan ayrılmağım fiziki durumumla bağlı deyil”,- deyə futbolçu bildirib.

Qeyd edək ki, 35 yaşlı oyunçu bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə