"Futbol Messiyə mundialın kubokunu borcludur"

"Futbol Messiyə mundialın kubokunu borcludur"

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli futbolçusu Lionel Messi haqda danışıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, DÇ-2018-in seçmə mərhələsinin son turunda Ekvadora qarşı matçda (3:1) het-trikə imza atan 30 yaşlı hücumçu barədə bunları deyib: "Dünyanın ən güclü futbolçusu Argentina vətəndaşı olduğu üçün çox şanslıyıq. Messi Argentinaya dünya çempionatının kubokunu borclu deyil. Amma futbol Messiyə mundialın kubokunu borcludur".

X.Sampaoli bildirib ki, millidə hər şey Messidən asılı olmamalıdır: "O, bu gün bütün bacarığını nümayiş etdirdi. Komandanın üzvləri dünya çempionatında ona daha çox kömək etməlidir".

Qeyd edək ki, Argentina Ekvador üzərində qələbədən sonra mundiala birbaşa vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə