"Neftçi”nin "Səbail” ilə oyunu "Dalğa Arena”da keçiriləcək

"Neftçi”nin "Səbail” ilə oyunu "Dalğa Arena”da keçiriləcək

"Neftçi” PFK-nın Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində oktyabrın 15-də "Səbail” klubu ilə keçiriləcək oyunu "Dalğa Arena”da olacaq və saat 18:30-da başlanacaq. SİA-nın məlumatına görə, buna səbəb "Bakcell Arena” stadionunun ot örtüyündə yenilənmə işlərinin aparılmasıdır.

"Neftçi" bazar günü meydana qonaq qismində çıxacaq. Əvəzində, bu komandalar arasında səfərdə keçirilməli olan 3-cü dövrənin oyunu "Bakcell Arena”da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə