Məhəmməd Qurbanov “Kəpəz” ilə müqavilə bağladı

Məhəmməd Qurbanov “Kəpəz” ilə müqavilə bağladı

Çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanov “Kəpəz”də baxışdan keçib. SİA-nın məlumatına görə, baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub.

Hücumçu mövqeyində çıxış edən M.Qurbanov ilə cari mövsümün sonuna kimi müqavilə bağlanılıb. 25 yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış M.Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının şərəfini qoruyub. O, əsas millidə də forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə