Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib NƏTİCƏLƏR

Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib NƏTİCƏLƏR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib. SİA-nın məlumatına görə, 1/16 final mərhələsində iki oyun keçirilib. İlk mərhələdə birinci divizion təmsilçiləri mübarizə aparıblar.

“Ağsu” “Mil-Muğan”ı qəbul edib və 0:1 hesabı ilə uduzub. MOİK isə evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Mil-Muğan” növbəti mərhələdə “Qəbələ” ilə, MOİK isə “İnter”lə qarşılaşacaq.

11 oktyabr

14:00 Ağsu - Mil-Muğan - 0:1

Qol: Vasif Mehrəliyev, 80

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu. Şəhər stadionu

14:00 MOİK - Turan Tovuz - 2:1

Qollar: İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə