Tamblinqçimiz İspaniyada bürünc medal qazanıb

Batut gimnastikası üzrə yığma komandamızın üzvləri Valladoliddə (İspaniya) keçirilən dünya kuboku yarışlarında iştirak ediblər. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.

Bir neçə gün əvvəl Portuqaliyada dünya kubokuna sahib olan Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı icrasının hakimlər tərəfindən 70.900 xalla dəyərləndirilməsi, ona yarışların bürünc medalını qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə