“Kəpəz” “Zirə” ilə matçın hazırlığına start verib

Topaz Premyer Liqasının 8-ci turunda səfərdə “Zirə” ilə oynayacaq “Kəpəz” qarşıdakı matçın hazırlığına start verib. SİA-nın məlumatına görə, Şahin Diniyevin çalışdırdığı kollektiv Bakıda, “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

“Kəpəz” oyun öncəsi son hazırlıq prosesini də eyni məkanda, amma fərqli saatda keçəcək. Belə ki, oktyabrın 13-nə təyin olunan məşq saat 17:00-da start götürəcək.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə cəlb olunmuş İlyas Səfərzadə və İlkin Sadıqov artıq düşərgəyə dönüb. Hər iki futbolçu bu gün keçirilən məşqdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...