Pley-off-un 8 iştirakçısı müəyyənləşib

Pley-off-un 8 iştirakçısı müəyyənləşib

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. SİA-nın məlumatına görə, qrup ikincilərindən İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya pley-offda mübarizə aparacaqlar.

Slovakiya yığması isə qrup ikinciləri arasında ən pis göstəriciyə sahib olduğundan mundial uğrunda mübarizəni davam etdirmək şansını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə