"Tottenhem" futbolçusuna yeni müqavilə təklif edəcək

"Tottenhem" futbolçusuna yeni müqavilə təklif edəcək

"Tottenhem" 21 yaşlı yarımmüdafiəçisi Harri Vinksə yeni müqavilə təklif etmək istəyir. SİA-nın məlumatına görə, London klubu onun məvacibini 2 dəfə artırıb, həftədə 45 milyon avroya çatdırmaq fikrindədir. Vinks cari müqaviləyə fevralda imza atıb. Amma "mahmızlar" gənc futbolçunun çalışqanlığını mükafatlandırmaq qərarına gəlib.

Vinks İngiltərə millisinə də dəvət alıb. O, Litva ilə oyunda (1:0) debüt edib. Bu mövsüm Premyer Liqada 5 oyuna çıxan futbolçu məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə