Bu gün "Xəzər Lənkəran"la qarşılaşacaq "Bakı" dünən axşam oyunqabağı son məşqinə çıxıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,komanda son hazırlıq məşqini oyunun keçiriləcəyi məkanda təşkil edib. Vinfrid Şefer Lənkəran şəhər stadionunda 1 saata yaxın davam edən məşqdə yetirmələrini çox yormayıb.
Əsasən topsuz çalışmalara üstünlük verən alman çalışdırıcı komandanın Lənkərana 3 xal ardınca gəldiyini söyləyib: "Biz hər oyunda yalnız qələbəyə oynayırıq".
"Bakı"nın güclü yağış altında keçən son məşqində bir neçə futbolçunun yoxluğu diqqətlərdən yayınmayıb. Almaniyada əməliyyat olunan kamerunlu Joel Epalle və əlindən zədə alan braziliyalı Juninyonun sırasına Aleksandar Şoliç əlavə olunub. Xorvatiyalı orta sahə oyunçusu dünən məşqi yarımçıq tərk edib. Topuğu burxulan yarımmüdafiəçi Lənkərana yollanan heyətdən kənarda qalıb və bir müddət məşqləri buraxmalı olacaq. Eyni aqibəti gənc müdafiəçilər Emin Cəfərquliyev və Səbuhi Həsənov da yaşayıb. Xoşbəxtlikdən futbolçuların zədələri ciddi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB