"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, Fransa millisinin heyətində Bolqarıstana qarşı keçirilən görüşdə zədələnən Nqolo Kante 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "Kristal Pelas, "Uotford", "Bornmut"la matçları, Çempionlar Liqasında isə "Roma"ya qarşı oyunu buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə