Arda Turan qış transfer pəncərəsində "Barselona"dan ayrıla bilər. SİA-nın məlumatına görə, "Arsenal" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bununla bağlı iki klub arasında danışıqlara start verilib. Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdenin əsas heyətdə düşünmədiyi 30 yaşlı oyunçunu satmağa razılıq verəcəyi bildirilib.
Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, bu mövsüm heç bir matçda oynamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB