“Qalatasaray” məğlub oldu, Rəşad Sadıqovun komandası isə heç-heçə etdi
Türkiyə Super Liqasında 7-ci turun ilk oyunları baş tutub. SİA-nın məlumatına görə, turun ilk günündə Azərbaycanda maraqla gözlənilən "Bucaspor" – "Eskişəhərspor" matçı qolsuz bərabərliklə başa çatıb. Rəşad Sadıqovun komandası oyundan cəmi 1 xal ala bilib. Turun ilk gününün digər oyununda isə "Qalatasaray" rəqib meydanında "Karabükspor"a məğlub olub – 2:1.
Bu gün 7-ci turun daha 3 oyunu başa tutacaq:
"Manisaspor" – "Kayserispor"
"Ankaragücü" – "Konyaspor"
"Fənərbaxça" – "Gənclərbirliyi"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB