"DÇ-2018"də iştirak edəcək 17 milli komanda müəyyənləşib

"DÇ-2018"də iştirak edəcək 17 milli komanda müəyyənləşib

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 17 milli komandanın adı bəlli olub. SİA-nın məlumatına görə, son olaraq Avropa zonasından İslandiya və Serbiya mundiala vəsiqəni təmin edib.

Daha öncə isə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə