“İnter” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Milan klubu bir müddət yarımmüdafiəçi Marselo Brozoviçin xidmətindən yararlana bilməyəcək. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oyunda zədələnən xorvatiyalı futbolçunun əzələsində yırtıq əmələ gəlib. O, İtaliyaya gələrək tibbi müayinədən keçib və məluma olub ki, bir müddət yaşıl meydana çıxa bilməyəcək.
Hələlik Brozoviçin nə qədər oynamayacağı tam bəlli olmasa da, futbolçunun Milan derbisində meydana çıxmayacağı dəqiqdi. Qeyd edək ki, İtaliya A seriyasının 8-ci turunda “İnter” “Milan”la qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB