Batut gimnastikası üzrə yığma komandamızın üzvləri İspaniyanın Valladolid şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.
Bir neçə gün əvvəl Portuqaliyada keçirilən Dünya Kubokunun qızıl medalına sahib olan Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı hərəkətlərinin icrası hakimlər tərəfindən 70,900 xalla dəyərləndirilib. Bu isə ona yarışların bürünc medalını qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB