Qadınlardan ibarət yığmamız Macarıstan şahmatçılarını məğlub edib

Qadınlardan ibarət yığmamız Macarıstan şahmatçılarını məğlub edib
Rusiyanın Xantı-Mansı şəhərində keçirilən dünya şahmat Olimpiadasında 10-cu turun görüşləri başa çatıb. SİA-nın məlumatına görə, bu turda Azərbaycanın kişilərdən ibarət yığma komandası İtaliya, qadınlardan ibarət milli isə Macarıstan komandaları ilə qarşılaşıblar. Kişilərin mübarizəsi 2:2 hesabı ilə başa çatıb. Keçirilən görüşlərdə nəticələr belə olub: Fabiano Karuana-Şəhriyar Məmmədyarov 0,5:0,5, Teymur Rəcəbov–Maykl Qodena 0,5:0,5, Daniyel Vocaturo-Qədir Hüseynov 1:0, Eltac Səfərli–Sabino Brunello 1:0. Azərbaycanın qadınlardan ibarət yığması da Macarıstan şahmatçılarını 3:1 hesabı ilə məğlub edib. Zeynəb Məmmədyarova – Tranq Xoanq 1:0, Türkan Məmmədyarova – İldiko Madl 0,5:0,5, Gülnar Məmmədova – Şidoniya Vajda 0,5:0,5, Nərgiz Umudova – Anna Rudolf 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə