Beynəlxalq Birləşmiş Güləş Stilləri Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti oktyabrın 18-də Bakıya gələcəkdir. SİA-nın məlumatına görə, onun səfərinin əsas məqsədi 2009-2010-cu illərin yekunlarına görə ən yaxşı idmançılar hesab edilmiş Azərbaycan güləşçilərini təltif etməkdir.
Bu ərəfədə Azərbaycan Güləş Federasiyası televiziya jurnalistləri arasında ən yaxşı süjet müsabiqəsi elan edib. Müsabiqənin qalibləri pul mükafatları ilə təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB