“Mercedes” Həmiltonun maşının motorundakı nasazlığı tapa bilmir

“Mercedes” Həmiltonun maşının motorundakı nasazlığı tapa bilmir

“Mercedes” komandası Formula-1 üzrə Yaponiya Qran Prisində Lyuis Həmiltonun bolidinin motorunda problem olmadığını açıqlayıb. SİA-nın məlumatına görə, yarış zamanı pilot rabitə vasitəsi ilə maşında titrəmə olduğunu bildirib. Bundan sonra hamı onun maşınının motorunda nasazlıq olduğunu düşünüb.

Komandanın rəhbəri Toto Volf yarışdan sonra bütün lazımi təhlillərin aparıldığını və heç bir nasazlığın olmadığını deyib: “Motorda heç bir problem görünmür. Ancaq bu titrəmənin nədən yarandığını tapmalıyıq. Yarışın lideri olanda və ən güclü rəqibin yarışdan kənarda qaldığını biləndə pilot belə səslər eşidə bilər. Eyni vəziyyət bizim üçün də keçərlidir. Həmin vaxt komanda üzvləri yarışı sadəcə problemsiz başa vurmaq istəyir”.

L.Həmilton isə “Motorda nasazlıq olmadığına tam olaraq inanmamışdım. Mən nə isə motorda problem hiss etdim. Sadəcə bunu xatırladıb, əmin olmaq istədim”,- deyə bildirib.

Qeyd edək ki, L.Həmilton son 4 yarışa böyük üstünlüklə qatılır. Yarışdan kənarda qalan Sebastyan Fettelin Yaponiya Qran Prisindən xalsız ayrılmasından sonra onların arasındakı fərq 59 xala yüksəlib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə