Beynəlxalq Olimpiya Komitəsi Braziliyanın üzvlüyünü dondurub

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Braziliyanın üzvlüyünü müvəqqəti dondurub. SİA-nın məlumatına görə, oktyabrın 5-də Rio-de-Janeyro polisi Braziliya Milli Olimpiya Komitəsinin (MOK) və "Olimpiada-2016"nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzmanı korrupsioner fəaliyyətdə şübhəli bilərək, həbs edib.

Rio-de-Janeyronun 2016-cı il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnməsi üçün Nuzmanın 2 milyon dollar rüşvət verdiyi bildirilir.

İOC-un qərarı ilə o, fəxri üzv kimi bütün hüquq və güzəştlərdən məhrum olunub, "Olimpiada-2020"nin Koordinasiya Komissiyasının tərkibindən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə