"Barselona” futbolçusu Andres İnyesta ilə yeni müqavilə bağlayacaq. SİA-nın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasının sonuna qədər "Barselona"da çıxış edəcək. Kapitanla bu gün “Nou Kamp”da müqavilə imzalanacaq.
Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Andres İnyesta 2002-ci ildən əsas komandada çıxış edir. O, "Barsa"da 639 oyunda 55 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB