Almaniya və İngiltərə yığma komandaları mundiala vəsiqəni təmin ediblər
Oktyabrın 5-də “DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində IV tura start verilib. SİA-nın məlumatına görə, turun ilk günündə “C”, “E” və “F” qruplarında qarşılaşmalar keçirilib.
“C” qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb. Qrupumuzda keçirilən digər matçlarda da qonaqların qələbələri qeydə alınıb. Almaniya millisi Şimali İrlandiya yığmasından (3:1), Norveç komandası isə San Marinodan üstün olub (8:0).
Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib:
“E” qrupu
Rumıniya – Qazaxıstan – 3:1
Ermənistan – Polşa – 1:6
Monteneqro – Danimarka – 0:1
“F” qrupu
Malta – Litva – 1:1
İngiltərə - Sloveniya – 1:0
Şotlandiya – Slovakiya - 1:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB