Robert Prosineçki: "Standart vəziyyətlərdən çox qol buraxırıq"

"Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm. Gözəl oyun nümayiş etdirdilər. Futbolçularımız ələ düşən imkanlardan yararlana bilmədilər. Əks halda hesab fərqli olardı."

Bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya millisi ilə qarşılaşan Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, ilk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Əfsuslar olsun ki, sonra yenə qapımızda qol gördük. Ardınca Ramil Şeydayev ələ düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım.

“Futbolda səhvlər olur. Bu gün də komandamız səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var. Rəşad Sadıqova alternativ tapmaq lazımdır. Gələcəkdə gənc futbolçulardan istifadə etməliyik”, - deyə baş məşqçi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...