WBC-nin prezidenti: “Azərbaycanı təbliğ edəcəyik” - SƏS TV TƏDBİR - FOTO
Bakıda təşkil edilmiş Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda WBC-nin prezidenti Maurisio Süleyman, qurumun vitse-prezidentləri və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak edib.
M.Süleyman Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarını, Konvensiyanın yüksək səviyyədə təşkil edildiyini bildirib. WBC-nin rəhbəri ölkə başçısı İlham Əliyevin Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul etməsinin onlar üçün böyük şərəf olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti idman haqda dolğun məlumata malikdir. Ölkənizdə bir çox böyük turnirlər təşkil olunub. Dövlət başçısı sadə və geniş ürəkli insadır. Prezident İlham Əliyev gənclər və idman nazirinə tapşırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan WBC-nin 166-cı üzv ölkəsi olacaq. Sizə "Xoş gəlmisiniz" deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Federasiya yaradılmaqdadır. Gənclər və İdman Nazirliyi peşəkar boksu inkişaf etdirmək üçün öz köməyini göstərəcək”.
WBC-nin rəhbərinin sözlərinə görə, Konvensiyanın Bakıda keçirilməsi üçün onlar Vitali Kliçkonun vasitəçiliyi ilə Azərbaycan Prezidentinə, eləcə də gənclər və idman nazirinə müraciət ediblər: “Azərbaycan 26 ildir ki, müstəqildir və ölkənizin idmanda böyük nailiyyətləri var. Təklif etdik ki, WBC-nin Konvensiyası Bakıda olsun. İlk gəlişimizdə böyük qonaqpərvərliklə qarşılandıq. Azərbaycana təşəkkür edirəm. Gözləmədiyimiz qonaqpərvərlik gördük”.
O qeyd edib ki, Dünya Boks Şurasının (WBC) təşkil etdiyi döyüşlərdən biri Bakıda keçiriləcək: “Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın quruma üzv olması bir başlanğıcdır. Yaxın gələcəkdə burada döyüşlər də təşkil etməyi düşünürük”.
M.Süleyman Prezident İlham Əliyevin verdiyi dəstəyin idmançılar üçün stimul olduğunu vurğulayıb: “Dövlət başçısı İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu səbəbdən də idmana yaxındır. Onun verdiyi dəstək idmançılar üçün stimuldur. Dövlət başçısından aldığımız mesaj çox xoş idi. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölklərdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik”.
WBC rəhbəri Bakıda keçirilən Konvensiyada geniş müzakirələr aparıldığını və bir neçə qərarın qəbul edildiyini bildirib: “Konvensiyada hakimlər və münsüflər üçün iclaslar keçirildi. Tibb və Hüquq Komitələri bir sıra mövzuları müzakirə etdilər. Həmçinin, təhlükəsizlik məsələlərini danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiqləndi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB