Fettelin bolidinə yeni sürət qutusu qoyulacaq? FOTOLAR

Fettelin bolidinə yeni sürət qutusu qoyulacaq? FOTOLAR

“Ferrari” komandasının pilotu Sebastyan Fettel geridən başladığı son Formula-1 yarışını 4-cü sırada bitirib və xal itkisini minimuma endirib. SİA-nın məlumatına görə, alman pilotun bolidi yarış bitdikdən sonra Ləns Strollun bolidi ilə toqquşub və maşının sol arxa tərəfi ciddi zədə alıb. “Ferrari” rəsmiləri maşının sürət qutusunun zərər görməsindən narahat idilər. Ancaq komanda bolidin vəziyyətini analiz edib və hələ ki, sürət qutusunda heç bir problem olmadığı ortaya çıxıb.

Sürət qutusu çıxarılaraq yenidən geniş şəkildə analiz ediləcək. Bolidi trasda test etdikdən sonra daha geniş bilgilər əldə ediləcək. Əgər məşq zamanı heç bir problem çıxmasa, Fettel bu sürət qutusu ilə də davam edəcək. Ancaq sürət qutusunda hər hansı problem olarsa, yenisi ilə dəyişdiriləcək ki, bu da Yaponiyada keçiriləcək yarışda 5 sıra cəzası ilə nəticələnəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə