Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. SİA-nın məlumatına görə, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatının ardından çimərlik voleybolu üzrə beynəlxalq turnirə (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.
Oktyabrın 11-14-də baş tutacaq yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.
Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.
Yarışın yarımfinal və final oyunları oktyabrın14-də keçiriləcək.
Qeyd edək ki, oyunlar 3 meydançada keçiriləcək. İlk üç yerin sahibi pul mükafatı ilə təltif olunacaq (I yer 880 avro, II yer 640 avro, III yer 520 avro).
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB