Qadın şahmatçlarımız Litva komandasını məğlub edib

Qadın şahmatçlarımız Litva komandasını məğlub edib

Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın Xantı-Mansı şəhərində keçirilən şahmat üzrə dünya olimpiadasının 9-cu turunda Litva kollektivini 3,5:0,5 hesabı ilə məğlub edib.

SİA-nın məlumatına görə, qadınların qarşılaşmasında bu nəticələr qeydə alınıb: Zeynəb Məmmədyarova –Deimante Daulite 1:0, Türkan Məmmədyarova –Simona Limontaite 1:0, Gülnar Məmmədova-Zivil Sarakauskiene 0,5:0,5, Nərgiz Umudova-Viktoriya Beinoraite 1:0.

Azərbaycanın kişilərdən ibarət komandası isə bu turda yarışın vahid lideri Ukrayna yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Görüşlər bu hesabla başa çatıb: Şəhriyar Məmmədyarov –Vasili İvançuk 1:0, Teymur Rəcəbov – Ruslan Ponomaryov 0,5:0,5, Rauf Məmmədov-Pavel Elyanov 0:1, Eltac Səfərli – Zaxar Yefimenko 0:1.

Bütün xəbərlər Facebook səhifəmizdə