"Barselona"nın futbolçusu Rafinya Alkantara sağ dizindən əməliyyat olunub. SİA-nın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin 2 ay çəkəcəyi bildirilir. Onun 2018-ci ilin əvvəlində "Barsa"da məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, R.Alkantra bu ilin aprelində zədələnib və indiyə kimi yaşıl meydanlardan uzaq qalıb. O, apreldə də əməliyyat olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB