Futbolçu qızlarımız İslandiya millisinə uduzub

Futbolçu qızlarımız İslandiya millisinə uduzub

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Qol.az-ın məlumatına görə, Azərbaycanda təşkil olunan III qrupun oyunları dünən başlayıb. Bakı Olimpiya Stadionunun ikinci meydançasında keçirilən ilk tura İspaniya və Monteneqro yığmalarının matçı ilə start verilib. Görüşdə fantastik hesab qeydə alınıb. İspanlar 22 cavabsız qolla qalib gəlib.

Azərbaycan millisi isə İslandiya ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Qeyd edək ki, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer növbəti mərhələyə yüksələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə