“Tərlan Əhmədov bizdə özünəinamı qaytarıb”

“Tərlan Əhmədov bizdə özünəinamı qaytarıb”

"İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq”. Bu sözləri "Neftçi”nin futbolçusu Derlis Meza Kolli Topaz Premyer Liqasının 7-ci turunda "İnter” üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Matçda "Neftçi”nin ilk qoluna imza atan 29 yaşlı paraqvaylı yarımmüdafiəçi "Neftçi TV”yə açıqlamasında bildirib ki, yeni baş məşqçi Tərlan Əhmədov komandaya özünəinamı qaytarıb: "Yeni baş məşqçi bizdə özünəinamı qaytarıb. Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərin də böyük payı var. Komanda bir ailə olanda qələbə də olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə