Serbiya Avropanın ən güclüsüdür

Serbiya Avropanın ən güclüsüdür

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüşə start verilib. Xəbər verilir ki, Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər. Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiyə millisi layiq görülüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar – 1:3.

Final qarşılaşmasının ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunun gərgin idman mübarizəsi şəraitində keçən ikinci setində Niderland millisinin inadlı müqavimətinə baxmayaraq, Serbiya kollektivi qalib gəlib – 25:22.

Oyunun üçüncü seti daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb - 25:18.

Dördüncü setdə də Serbiya millisi Niderland üzərində inamlı qələbə qazanaraq 3:1 hesablı qələbə ilə Avropanın ən güclü voleybol millisi olduğunu təsdiq etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə