Evander Holifeld Bakıya gəlib

"Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu məni çox sevindirir". Bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Evander Holifeld oktyabrin 1-də təşkil olunan mətbuat konfransında deyib.

“Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda Ümumdünya Boks Şurasında təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir”,- deyə məşhur boksçu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə