Almaniyanın “Duysburq” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi Tuğrul Erat maraqlı açıqlamalarla çıxış edib. O, "Rp-Online" nəşrinə açıqlamasında milliyə qayıtmaq istədiyini bildirib: “Nənəmin və onun anasının Azərbaycanla bağlılığı var. Bernhard Lippert Azərbaycanın U-21 yığmasını çalışdıranda mənimlə əlaqə saxladı. Mən U-21-də oynayanda əsas yığmanın baş məşqçisi Berti Foqts idi. O, mənə tez-tez dəvət göndərirdi. Ancaq Prosineçkinin milliyə gəlişindən sonra dəvət gəlmədi. Buna baxmayaraq, onun diqqətini cəlb etməyə çalışacam”.
Qeyd edək ki, 2014-cü ildə millimizdə debüt edən Tuğrul Erat yığmamızda 3 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB