Almaniyanın Şimal-Şərq Regional Liqasında IX turun oyunları keçirilib. SİA-nın məlumatına görə, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun komandası - “Dinamo” da növbəti oyununa çıxıb.
Berlin təmsilçisi səfərdə “Auerbax”la üz-üzə gəlib. Oyunda sevinən tərəf qonaqlar olub. Matça start heyətində başlayan Rüfət 3:1 hesablı qələbəyə dublla töhfə verib. O, ilk yarıda penaltidən, fasilədən sonra oyun epizodundan qol vurub, 78-ci dəqiqədə isə əvəzlənib.
Hazırda hesabında 19 xal olan "Dinamo" turnir cədvəlinin ikincisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB