“Oyun barədə hər şey demək olar. Biz pis oynadıq və uduzduq. Başa düşürəm və əminəm ki, bugünkündən daha yaxşı oynamaq üçün potensialımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Azərbaycan Premyer Liqasının VII turunda “qırmızı-qaralar” dogma meydanda “Kəpəz”lə qarşılaşıb.
0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında ukraynalı çalışdırıcı oyun haqqında fikirlərini bölüşüb: “Deyv Bultuisin əvəzetməsindən sonra üç müdafiəçidən ibarət sistemə keçdik ki, meydana daha bir hücumameylli oyunçu buraxaq. Vitali Vernidub mərkəz, Ürfan Abbasovla Qismət Alıyev kənar mərkəz müdafiəçisi kimi oynadı. Bu əvəzetmə Deyvin pis oynaması ilə deyil, oyunun sürətini artırmaq yolunu tapmaq üçün edilmişdi. Ekiqo Ehiosun da meydana daxil olub, planlaşdırdığımız gerçəkləşdirməyə çalışdı. Amma təəssüf ki, qol vura bilmədik. Bugünkü matçda bütün günahı öz üzərimə götürürəm. Bu gün gördüm ki, futbolçularımız çox çalışdı. Onlardan heç birinə irad bildirməyim düz olmaz. İstədiyimiz çox şey alınmadı. Amma futbolda belə hallar olur. Öncədən nə isə söyləmək çətindir. Çox istərdik ki, daha uduzmayıb, qələbələri sıralayaq. İndi oyunçuları itirməyimiz və ya hadisələrin başqa axarından danışmağın vaxtı deyil. Futbolda məğlubiyyət də olur. Bu nəticəyə sakit yanaşıram. Əsas odur ki, mən narahat olum, amma futbolçularıma mənfi heç nə yönəlməsin. Onlar nə isə əldə etməyə çalışdılar, lakin alınmadı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB