"Sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdıq. Çalışdığımız qədər müdafiədəki problemləri aradan götürmüşdük ki, səhvlər minimuma endirilsin. Yüksək səviyyədə oyun sərgilədik. Rəqibə təzyiq göstərmək istəyirdik, bu da alındı". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turunda "İnter"ə qalib gəldikləri oyundan (2:0) sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Emin Mahmudovun çıxışı sizi qane etdi?
- Bu gün hamının oyunundan razıyam. Uzun müddətdi oynamırdı, optimal formadan uzaq idi. Amma millilərin oyunu ilə bağlı yaranmış fasilədə onun formaya düşməsinə çalışacağam.
- Kiril Petrov oyun qaydalarından xəbərdar deyil? Topu çiləyib başı ilə qapıçıya ötürdü..
- Artıq yeni qaydalar var. Hər mövsümdən əvvəl Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları futbolçularıma izah etsin. Yeni qaydalar əsasən futbolçu topu başına atıb qapıçıya atmağı qadağandır. Futbolçunun niyə belə etdiyini bilmirəm, ola bilsin ki, qaydalardan xəbərdar deyildi. Qısa müddətdə hakim dəvət edəcəyəm ki, yeni qaydaları başa salsın.
- Çingiz Abdullayevlə, Orxan Hüseynzadə oyundan sonra paltardəyişmə otağına gəlib komandanı təbrik etdimi?
- Orxan Hüseynzadə və Elnur Eyvazov gəlib təbrik etdi. Çingiz bəydən xəbərim yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB