Bu gün Topaz Premyer Liqasının VII turuna start verilib. SİA-nın məlumatına görə, turun ilk qarşılaşmasında “Neftçi” “İnter”in qonağı olub.
“İnter Arena” da keçirilən qarşılaşmanı Ömər Paşayev idarə edib. Onun köməkçiləri Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, hakim-inspektor isə Əli Hüseynov olub.
Oyunun ilk dəqiqələrindən “Neftçi” təşəbbüsü ələ alıb. Qonaqlar meydan sahiblərindən üstün oyun göstəriblər. Birinci hissədə “Neftçi” bir neçə dəfə qol vəziyyəti yaratsa da bundan istifadə edə bilməyib. İlk hissədə hesab açılmayıb.
İkinci hissədə də üstün oyun nümayiş etdirən “Neftçi” nəhayət ki, istəyinə çatıb. Matçın 60-cı dəqiqəsində qonaqların futbolçusu Sezar Meza Kolli uzaqdan gözəl zərbə ilə hesabı açıb. Bu qoldan sonra “Neftçi” hücumlarını davam etdirib və qarşılaşmanın 72-ci dəqiqəsində Rəhman Hacıyev komandasının 2-ci qolunu vurub - 0:2.
Bundan sonra matçda heç bir komanda fərqlənə bilməyib və oyun baş məşqçi Tərlan Əhmədovun yetirmələrinin qələbəsi ilə başa çatıb. Bu, "Neftçi"nin cari mövsümdə ilk qələbəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB