Joze Alesio Da Silva: "Çətin qrupa düşmüşük" AÇIQLAMA

Joze Alesio Da Silva: "Çətin qrupa düşmüşük" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib. SİA-nın məlumatına görə, bu gün keçirilmiş püşkün nəticəsi ilə bağlı millimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib: “İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək.

Onu da qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik.

Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə