Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib. SİA-nın məlumatına görə, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.

Qeyd edək ki, futzal üzrə Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə