Kişi şahmatçılarımız Ukrayna, qadın şahmatçılarımız isə Litva yığması ilə qarşılaşacaqlar

Kişi şahmatçılarımız Ukrayna, qadın şahmatçılarımız isə Litva yığması ilə qarşılaşacaqlar

Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları baş tutacaq. SİA-nın məlumatına görə, bu turda kişilərdən ibarət Azərbaycan milli komandası yarışın lideri olan Ukrayna yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması hazırda 13 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.

Qadınlardan ibarət milli komandamız isə Litva yığması ilə üz-üzə gələcək.

Qızlarımız hələ ki, yarışın 25-ci yerində qərarlaşıblar.

Cütlükləri nəzərinizə çatdırırıq:

Azərbaycan - Ukrayna

Şəhriyar Məmmədyarov – Vasili İvançuk

Teymur Rəcəbov – Ruslan Ponomaryov

Rauf Məmmədov – Pavel Elyanov

Eltac Səfərli – Zahar Yefimenko

Azərbaycan - Litva

Zeynəb Məmmədyarova – Deimante Daulite

Türkan Məmmədyarova – Simona Limontaite

Gülnar Məmmədova – Zivile Sarakauskine

Nərgiz Umudova – Viktoriya Beynorayte

Bütün xəbərlər Facebook səhifəmizdə