Bu gün voleybolçularımız AÇ-də 1/4 final matçına çıxacaq

Bu gün voleybolçularımız AÇ-də 1/4 final matçına çıxacaq

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının Milli Gimnastika Arenasında keçirilən 1/4 final mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, saat 18:00-da start götürəcək ilk oyunda Azərbaycan və Almaniya yığmaları meydana çıxacaqlar. Voleybolçularımız qrup mərhələsindəki nailiyyəti təkrarlayıb yarımfinal mərhələsinə vəsiqə qazanmağa çalışacaqlar. Komandamız qrup mərhələsində Almaniya kollektivini 3:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmanın qalibi finala gedən yolda Niderland yığması ilə qarşılaşacaq.

Saat 20:30-da isə Rusiya və Türkiyə komandaları mübarizəyə qoşulacaqlar. Türkiyə millisi qrup mərhələsində 1:3 hesablı məğlubiyyətin revanşını almaq üçün yarışacaq. Oyunu öz xeyrinə başa vuran komanda yarımfinalda çempionatın favoritlərindən sayılan Serbiya kollektivinin rəqibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə