Çingiz Hüseynzadə: “MOK beynəlxalq olimpiya hərəkatında çox böyük işlər görüb” - AÇIQLAMA

Çingiz Hüseynzadə: “MOK beynəlxalq olimpiya hərəkatında çox böyük işlər görüb” - AÇIQLAMA

“Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyini qeyd edirik. Bu 25 ildə Milli Olimpiya Komitəsi beynəlxalq olimpiya hərəkatında çox böyük işlər görüb və Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Azərbaycanın idman sahəsində çox böyük uğurlara imza atdığını vurğulayıb: “Təkcə bu gün baş verən hadisələr onu göstərir ki, Azərbaycana beynəlxalq idman ictimaiyyəti tərəfindən çox böyük hörmət və inam var. Məhz Azərbaycan Milli Olimpiya Komitəsinin yubiley günündə Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası Bakıda keçirilir. Eyni zamanda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin forumu da paytaxtımızda təşkil edilib. Bütün bu tədbirlər sübut edir ki, istər Beynəlxalq Olimpiya Komitəsi, istər Avropa Olimpiya Komitəsi, istərsə də MDB dövlətlərinin Olimpiya Komitələri Azərbaycana çox böyük önəm verirlər. Onlar Azərbaycan Olimpiya Komitəsinin yubileyində iştirak etmək üçün bura gəliblər və öz tədbirlərini də Bakıda keçirirlər. Bu, Azərbaycanda olimpiya hərəkatının nə dərəcədə yüksək səviyyədə olduğunu bir daha bariz şəkildə sübut edir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə