Serbiya voleybolçuları yarımfinalda!

Serbiya voleybolçuları yarımfinalda!

Sentyabrın 28-də qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində günün sonuncu oyunu Serbiya və Belarus komandaları arasında keçirilib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşmadan Serbiya voleybolçuları qalib ayrılıblar. Serbiya millisi hər üç setdə rəqibini asanlıqla məğlub edib (25:19, 25:12, 25:14). Beləliklə, Niderland yığmasının ardınca Serbiya millisi də adını yarımfinala yazdırıb.

Xatırladaq ki, günün birinci matçında Niderland kollektivi İtaliya millisini mübarizədən kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə