"Beşiktaş"ın portuqaliyalı ulduzu Kvaresma "Antalyaspor"la matçda 27 dəfə zədələnib. SİA-nın məlumatına görə, bu səbəbdən futbolçu 2 gün məşqlərə qatıla bilməyib. Belə halların onun idmançı kimi fəaliyyətinə mane olduğunu deyən Kvaresma hakimləri qınayıb. Belə ki, futbolçu belə halların dünyanın hər bir yerində baş verdiyini, ancaq hakimlərin həmin futbolçuları cəzalandırdıqlarını qeyd edib. O, hakimlərin həmin epizodlara yaxın olmalı olduqlarını, hadisələri düzgün qiymətləndirməli olduqlarını vurğulayıb: "Oyunlarda heç bir zədə bilərəkdən vurulmur. Amma bunun olmaması üçün hakimlərdən başqa sığınacaq heç kim yoxdu. Hakimlərdən anlayış gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB