Bu gün Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə Dünya Boks Şurasının (World Boxing Council - WBC) 55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifinq baş tutub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən 500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək.
Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov, Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.
WBC-nin prezidenti Maurusiyo Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük Şuranın iclasının ilk günündə Reytinq komitəsinin və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək. Növbəti günlərdə isə, Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsiz uşaq evinə də gedişi proqrama daxildir.
Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası və Asia Boks Şurasının görüşləri də baş tutacaq.
Məlumat üçün üçün bildirək ki, Dünya Boks Şurası 1963-cü ildə 11 milli boks təşkilatı - Argentina, Braziliya, Böyük Britaniya, Venesuella, Meksika, Panama, Peru, Amerika Birləşmiş Ştatları, Filippin, Fransa və Çili tərəfindən yaradılıb.
Məhəmməd Əli, Mayk Tayson, Nasim Hamed, Larri Holms, Lennoks Lyuis, Qennadiy Qolovkin, Roy Cons kiçik, Floyd Meyvezer kiçik, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkar boksçular WBC kateqoriyası üzrə çempion adını qazanıblar.
WBC-nin 55-ci illik Dünya Konvensiyasında iştirak edəcək
WBC versiyası üzrə hazırki dünya çempionları:
Mr. Gennady Golovkin Mr. Mairis Briedis Mr. Srisaket Sor Rungvisai Mrs. Christina Hammer Mrs. Jelena Mrdjenovich
WBC versiyası üzrə keçmiş dünya çempionları:
Mr. Evander Holyfield Mr. Kostya Tszyu Mr. Yuri Arbachakov Mr. Erik Morales Mr. Vitali Klitschko Mr. Nino Benvenuti Mr. Viktor Postol Mr. Carlos Zárate Mr. Guadalupe Pintor Mr. Azumah Nelson Mr. Michael Spinks Mr. Bernard Hopkins Mr. Paul Malignaggi Mr. Javier Castillejos
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB